Bu ilin yanvar-aprel aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına 86,9 mln. manat xərcləyib.
Eləcə də bax: Azərbaycana mobil telefonların idxalı - Kəskin Artıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 3,2% və ya 2,7 mln. manat artıb.
Cari ilin aprel ayında satışlar mart ayı ilə müqayisədə isə 3,1% və ya 0,7 mln. manat azalıb.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 0,7%-i kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub. Bu ötən ilin eyni dövrünün göstəricisinə bərabər olaraq qalıb. (Apa)