Bu ilin mart ayında Azərbaycana 184 919 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub.
Eləcə də bax: Azərbaycan pandemiyalı 2020-də mobil telefon idxalını - Böyük Həcmdə Artırıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Komitədən verilən məlumata görə, fevral ayı ilə müqayisədə martda idxal 23,1% artıb.Martda idxal olunan məhsulların dəyəri 27 649,4 min ABŞ dolları təşkil edib ki, bu da fevral ayının göstəricisini 15% üstələyir.
Həmçinin bildirilib ki, ümumilikdə, cari ilin yanvar-mart aylarında ölkəyə 483 621 ədəd mobil qurğu idxal olunub. Bu ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 72,6% çoxdur. Qeyd olunan müddətdə idxal olunan məhsulların dəyəri 75 144,6 min dollar təşkil edib ki, buda 2020-ci ilin ilk rübünün göstəricisini 98,5% üstələyir. (Apa)