Bu ilin yanvar-fevral aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına 43,2 mln. manat xərcləyib.
Eləcə də bax: Azərbaycan mobil qurğular bazarında liderlər - Açıqlanıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 2,3% və ya 1 mln. manat artıb.
Cari ilin fevral ayında satışlar yanvar ayı ilə müqayisədə isə 2,7% və ya 0,6 mln. manat azalıb.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 0,7%-i kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub. Bu ötən ilin eyni dövrünün göstəricisinə bərabər olaraq qalıb. (Apa)