Azərbaycanda kompüter istehsalında artım qeydə alınıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2023-сü ilin yanvar -noyabr aylarında 230,8 milyon manatlıq məhsul istehsal olunub.
Belə ki, bu dövrdə 3 772 ədəd kompüter, 356,2 min ədəd ölçmə cihazları 869 ədəd məişət soyuducuları və dondurucuları istehsal olunub.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 74,3 faiz, elektrik avadanlıqlarının istehsalı isə 10,3 faiz artıb.
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 2,7 dəfə, ölçmə cihazlarının istehsalı 2,1 dəfə artıb, məişət soyuducuları və dondurucularını həcmi isə 48,9% azalıb.
Bundan başqa 599 ədəd güc transformatoru, 5754 ədəd elektrik tənzimləyici cihazlar, 88 min 398,8 ton elektrik naqilləri istehsal edilib.
Güc transformatorları illik müqayisədə 10,3% artıb, tənzimləyici cihazlar 47,8%, naqillər isə 4,6% artıb