İnformasiya və rabitə müəssisələri tərəfindən göstərilmiş 2826,6 milyon manatlıq xidmətlərin 72,0 faizi əhali sektoruna aid olub.
FED.az bunu Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
2023-cü ilin yanvar-noyabr aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,1 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 83,6 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 37,3 faizi və ya 1055,6 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.