2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 12,8 milyon manat dəyərində kompüter, elektron və optik məhsullar istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsullarının istehsalı 3,5 milyon və ya 37,6% artıb.
2022-ci ilin yanvar-may aylarında bu göstərici 9,3 milyon manat təşkil edib.