2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 4425,8 ton kolbasa məmulatları istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə kolbasa məmulatlarının istehsalı 4,9% və ya 205,1 ton artıb.
2022-ci ilin yanvar fevral-aylarında bu göstərici 4220,7 ton təşkil edib.
01.03.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 45 ton təşkil edib.