2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 741,6 milyon manatlıq kimya sənayesi məhsulları istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə kimya sənayesi məhsullarının istehsalı 19,9% və ya 184,7 milyon manat azalıb.
2022-ci ilin yanvar-iyun aylarında bu göstərici 926,3 milyon manat təşkil edib.