2024-cü ilin yanvar ayında ölkədə 2 099.3 ton kərə yağı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 160.9 ton və ya 7.1% azalıb.
Ötən ilin yanvar ayında 2 260.2 ton kərə yağı istehsal edilmişdi.
Fevral ayının 1-nə hazır məhsul ehtiyatı isə 23.9 ton təşkil edib.
Hazır məhsul ehtiyatı 120 ton, yəni 6 dəfə azalıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 120 ton olub.