Dövlət Statistika Komitəsi (DSK) 2023-cü ilin yanvar-mart aylarında Azərbaycanın emal sənayesində istehsalın artıb azaldığı sahələri açıqlayıb.
Ağdamda 10 mln. manatlıq - AYAQQABI FABRİKİ AÇILACAQ
FED.az Komitəyə istinadən xəbər verir ki, bu dövrdə
avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,1 dəfə,
ağacın emalı və ağacdan məmulatların istehsalı 78,0 faiz,
əczaçılıq məhsullarının istehsalı 68,8 faiz,
poliqrafiya məhsullarının istehsalı 57,1 faiz,
kağız və karton istehsalı 44,4 faiz,
kompüter, elektron və optik məhsulların istehsalı 35,7 faiz,
toxuculuq sənayesi məhsullarının istehsalı 28,0 faiz,
tikinti materiallarının istehsalı 25,8 faiz,
maşın və avadanlıqların istehsalı 25,4 faiz,
içkilərin istehsalı 25,1 faiz,
rezin və plastik kütlə məmulatlarının istehsalı 16,9 faiz,
qida məhsullarının istehsalı 13,6 faiz,
elektrik avadanlıqlarının istehsalı 8,7 faiz,
dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 8,2 faiz,
tütün məmulatlarının istehsalı 6,6 faiz,
mebel istehsalı 1,0 faiz,
neft məhsullarının istehsalı 0,5 faiz artıb.
Sair nəqliyyat vasitələrinin istehsalı 0,4 faiz,
geyim istehsalı 1,1 faiz,
hazır metal məmulatlarının istehsalı 1,3 faiz,
kimya sənayesi məhsullarının istehsalı 11,2 faiz,
metallurgiya sənayesi məhsullarının istehsalı 44,2 faiz,
maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 46,1 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,1 faiz,
su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 21,8 faiz artıb.