Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 15-ə çatıb.
Daha 2 şirkət Ağdam Sənaye Parkının rezidenti oldu - 32,4 MİLYON MANATA BORU ZAVODU TİKİLƏCƏK
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Tviter" hesabında bildirib.
Onun sözlərinə görə, yeni rezident "BAFCO İnvest" MMC-dir. Şirkət investisiya məbləği 10 milyon manat olan müxtəlif təyinatlı çəkmə və ayaqqabıların istehsalı müəssisəsi yaradacaq və 120 nəfəri işlə təmin edəcək.