2020-ci ilin əvvəlindən indiyədək Azərbaycanda işsizlərin sayı 45%-dən çox artıb.
Eləcə də bax: Azərbaycanda restoranların dövriyyəsi pandemiyaya görə - Kəskin Azalıb
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2020-ci ilin dekabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 251,6 min nəfər olub.
Bunlardan 4 milyon 886,2 min nəfərini məşğul əhali təşkil edib. Nəticədə işsizlərin sayı 365.4 min nəfər təşkil edib ki, bu da iqtisadi fəal əhalinin 7%-ni təşkil edib.
İlin əvvəlindən indiyədək ölkədə rəsmi işsizlərin sayı 114 min nəfər və ya 45,4% artıb.
Belə ki, 2020-ci ilin yanvarın 1-ə olan məlumata görə, ölkədə işsizlərin sayı 251,6 min nəfər idi.