Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda ictimai iaşə xidmətlərinin həcmi 682,8 mln. manat təşkil edib.
Eləcə də bax: Restoran sahibkləri hökumətə və Daxili İşlər Nazirliyinə - MÜACİƏT ETDİLƏR
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə azdır.
"Kəskin azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər, həmçinin Azərbaycanla qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması göstərilir", - komitədən bildirilib. (Apa)