Azərbaycanda son bir ayda əmək müqaviləsi ilə işləyənlərin sayı 30 min nəfər artıb.
Eləcə də bax: Azərbaycanda muzdlu işçilərə və fərdi sahibkarlara - 96 MİLYON MANAT VƏSAİT ÖDƏNİLİB
FED.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, mayın 1-ə ölkə iqtisadiyyatında muzdla çalışan (yəni əmək müqaviləsi ilə işləyən) işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 92,8 min nəfər və ya 5,9 faiz artaraq 1676,1 min nəfərə çatıb. Son bir ayda isə belə işçilərin sayı 30 min nəfər artıb.
Dövlət və qeyri dövlət sektorlarında çalışanların sayı hərəyə təqribən 15 min nəfər artıb. Belə ki, dövlətdə işləyənlərin sayı 14,9 min nfəər artaraq 926,6 minə, özəl sektorda çalışanların sayı isə 15,1% yüksələrək 749,5 min nəfərə çatıb.
Ayrı-ayrı sahələr üzrə işçilərin sayı aşağıdakı kimi artıb-azalıb.
Muzdla işləyənlərin
19,9 faizi təhsil, 333 min (1 min nəfər azalıb)
17,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 300 min (5 min nəfər artıb)
12,9 faizi sənaye, 216 min (2 min nəfər artıb)
8,0 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 134 min (1 nəfər azalıb)
7,8 faizi tikinti, 131 min (8 min nəfər artıb)
6,8 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 114 min (dəyişməyib)
4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 75 min (1 min nəfər azalıb)
3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 57 min (1 min nəfər azalıb)
3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 57 min (3 min nəfər artıb)
1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 28 min (2 min nəfər azalıb)
13,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar. 230 min (16 min nəfər artıb).