2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 121,4 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Azərbaycanda geyim, borular, avtomobil hissələri və dərmanlar bahalaşıb – RƏSMİ
Dövləti Statistika Komitəsindən (DSK) FED.az-a verilən məlumata görə, 2022-ci ilin ilk 11 ayında neft-qaz sektorunda 2,4 faiz iqtisadi geriləmə, qeyri neft-qaz sektorunda isə 9,2 faiz artım baş verib.
ÜDM istehsalının 52,7 faizi sənaye, 8,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,8 faizi tikinti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,3 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 12064,2 manata və ya rəsmi məzənnə ilə 7096 dollara bərabər olub.