Dövlət Statistika Komitəsi yanvar-noyabr aylarında ölkədə rəsmi inflyasiya göstəricisini açıqlayıb.
Noyabrda ən çox bahalaşan ərzaq malları - SİYAHI
FED.az xəbər verir ki, komitənin məlumatına görə, qeyri-ərzaq məhsullarının qiyməti noyabrda 1,6%, yanvar-noyabr dövründə ötən illə mqayisədə 8,3%, noyabr ayının ötən ilin noyabrla müqayisəsində isə 12,1% bahalaşıb.
DSK-nın məlumatına görə, noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından
daha çox bahalaşma
geyimin,
ayaqqabıların,
polietilen su və kanalizasiya borularının,
paltaryuyan maşınların,
soyuducuların,
minik avtomobilləri üçün ehtiyat hissələrinin,
dərman vasitələrindən validol və yodun
qiymətində müşahidə edilib
Bu dövrdə ucuzlaşma isə əsasən
kəsilmiş taxtaların və sementin qiymətlərində qeydə alınıb.
«Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir»-deyə DSK bildirib.