Bu ilin fevralın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 253,4 min nəfər olub, onlardan 4 877,3 min nəfərini məşğul əhali təşkil edib.
Eləcə də bax:Azərbaycanda ötən il 129 min yeni iş yeri açılıb - 20 Min İş Yeri Bağlanıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin göstəricilərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1,24% artıb, məşğul əhalinin sayı isə 1,22% azalıb.
Cari ilin yanvarın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 691,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 910,8 min nəfər, qeyri-dövlət sektorunda isə 781,0 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 33,8 min nəfər, qeyri neft-qaz sektorunda isə 1658,0 min nəfər çalışıb. (Apa)