Azərbaycanda işsizlərin sayı artıb.
Azərbaycanda əhalinin sayı ilin əvvəlindən 24 min 611 nəfər artıb
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Belə ki, 2025-ci il oktyabrın 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 236,4 min nəfər olub. Onların 50,9%-i qadınlardır. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği isə 472,2 manat təşkil edib.
Keçən ilin eyni dövrü ilə müqayisədə işsizlərin sayı 20 min nəfər artıb (2024-cü il oktyabr: 216,4 min nəfər). Qadın işsizlərin payı isə 46,9%-dən 50,9%-ə yüksəlib. Orta aylıq işsizlikdən sığorta ödənişi də 407,9 manatdan 472,2 manata qalxıb, yəni 64,3 manat artım müşahidə olunub.