2024-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 1 milyard 259.6 milyon manatlıq içki və tütün məmulatları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 7.7% çoxdur.
Bu ilin ilk 6 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 4,6% faizi içki və tütün məhsullarının alınmasına sərf olunub.
Təkcə iyun ayında içki və tütün məhsullarına xərclənən vəsaitin məbləği isə 129,8 milyon manat təşkil edib.