2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 1 125,9 ton qızıl istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qızıl istehsalı 267.3 ton və ya 19,2% azalıb.
2023-cü ilin yanvar-aprel aylarında bu göstərici 1 393,2 ton təşkil edib.
01.05.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 493,7 ton təşkil edib ki, bu da illik müqayisədə 428,9 ton və ya 7,6 dəfə çoxdur.
Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 64,8 ton olub.