2024-cü ilin yanvar-may aylarında Azərbaycanda 1 363 ton gümüş istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə gümüş istehsalı 431,5 ton və ya 24% azalıb.
2023-cü ilin yanvar-may aylarında bu göstərici 1 794,5 ton təşkil edib.
01.06.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 684,2 ton təşkil edib ki, bu da illik müqayisədə 266,7 ton və ya 63,9% çoxdur.
Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 417,5 ton olub.