2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda 722,2 ton gümüş istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə gümüş istehsalı 117,6 ton və ya 16,3% artıb.
2023-cü ilin yanvar-mart aylarında bu göstərici 507,4 ton təşkil edib.
01.04.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 507,4 ton təşkil edib ki, bu da illik müqayisədə 474,6 ton və ya 15,5 dəfə çoxdur.
Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 32,8 ton olub.