2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda 427,6 ton qızıl istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qızıl istehsalı 15,7 ton və ya 3,8% artıb.
2023-cü ilin yanvar-mart aylarında bu göstərici 411,9 ton təşkil edib.
01.04.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 196,8 ton təşkil edib ki, bu da illik müqayisədə 148 ton və ya 4 dəfə çoxdur.
Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 48,8 ton olub.