2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda hazır gümüş ehtiyatı 389,2 kq təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə hazır gümüş ehtiyatı 49,5 kq və ya 11,3% azalıb.
2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 438,7 kq təşkil edib.