Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 378 milyon manat dəyərində məhsul istehsal edilib.
Eləcə də bax: Xaricdən Azərbaycana geyim əşyalarının idxalı 27% azalıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin aylıq hesabatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə geyim istehsalında 33,7%, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 7,9%, toxuculuq sənayesində isə 6,1% artım müşahidə olunub.
Həmçinin qeyd edək ki, ölkədə geyim istehsalının artmasının əksinə, xaricdən Azərbaycana gətirilən geyim əşyalarının dəyərində cari ildə azalma müşahidə olunub.
Belə ki, cari ilin yanvar-oktyabr aylarında Azərbaycana 177 milyon 80 min ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 57 milyon 604 min ABŞ dolları (24.5%) azalma deməkdir.