2020-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 148 milyon 25 min ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilib.
Eləcə də bax: 2020-ci ildə Azərbaycanda 68 milyon manatlıq Geyim İstehsal Olunub
FED.az Banker.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, bu, keçən ilin eyni dövrü ilə müqayisədə 54 milyon 141 min (27%) ABŞ dolları azalma deməkdir.
Belə ki, ötən ilin 9 ayı ərzində Azərbaycana dəyəri 202 milyon 167 min ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilmişdir.
Hesabat dövründə geyim əşyaları və geyim üçün ləvazimatların idxalı 1.89 %-ni təşkil edib.