Azərbaycanda fəaliyyət göstərən tibb işçilərinin sayı açıqlanıb.
FED.az Dövlət Statistika Komitəsindən "Trend"-ə verilən məlumata istinadən xəbər verir ki, 2020-ci ilin əvvəlinə olan məlumatlara əsasən, ölkədə 32,6 min həkim və 54,2 min orta tibb işçisinin çalışdığı 565 xəstəxana və 1745 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir.
Əhalinin hər 10 min nəfərinə orta hesabla 33 həkim, 54 orta tibb işçisi düşür.