Azərbaycanda ərzaq məhsullarının qiyməti artıb.
Eləcə də bax: Azərbaycanda illik inflyasiya - 12,6 % TƏŞKİL EDİB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.
Komitənin hesabatına əsasən, bu ilin may ayında ərzaq qiymətləri keçən ilin may ayındakı ərzaq qiymətləri ilə müqayisədə 21% artıb. Ötən ilin ilk 5 ayına nisbətdə isə cari ilin yanvar-may aylarında ölkədə ərzağın qiyməti 18.5% artıb.
Bu ilin may ayında aprellə müqayisədə ərzaq qiymətlərində cəmi 1% artım olub.