2022-ci ilin iyun ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) may ayı ilə müqayisədə 0,1 faiz azalıb, 2022-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 12,9 faiz artıb.
Eləcə də bax: Dünya ölkələri «ərzaq qapılarını» bağlayırlar - AZƏRBAYCAN DA EHTİYAT TƏDBİRLƏRİ GÖRÜR
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2022-ci ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 1 faiz azalıb, 2022-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 18,4 faiz artıb.
2022-ci ilin iyun ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 0,5 faiz, 2022-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 6,7 faiz artıb.
2022-ci ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 0,7 faiz, 2022-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 0,3 faiz artıb.
Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan və bazis inflyasiyası kimi qəbul edilmiş istehlak qiymətlərinin bazis indeksi 2022-ci ilin iyun ayında may ayı ilə müqayisədə 0,8 faiz, əvvəlki ilin iyun ayı ilə müqayisədə 10,7 faiz, 2022-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 9,7 faiz artıb.