Dövlət Statistika Komitəsi aprel ayında ən çox bahalaşan ərzaqların siyahısını açıqlayıb.
Eləcə də bax: Ərzaqda qiymət artımları 19%-i keçdi - RƏSMİ RƏQƏMLƏR
FED.az xəbər verir ki, əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından
daha çox bahalaşma
vaflinin, peçenyenin,
unun, makaron məmulatlarının,
düyünün,
toyuq ətinin,
kolbasa məmulatlarının,
dondurulmuş balığın,
qatılaşdırılmış şəkərli südün,
pendirin, yoqurtun,
süfrə marqarininin,
günəbaxan və qarğıdalı yağlarının,
heyvanın, narın, naringinin, almanın, armudun,
soğanın,
kartofun,
bibərin,
şəkər və şəkər tozunun,
konfetlərin,
çayın, qəhvə və kakao tozunun,
kola içkisinin,
meyvə şirəsinin, mineral suların,
arağın qiymətində baş verib.
Ucuzlaşma isə əsasən
yumurtanın,
qozun, fındığın,
xiyarın,
kələmin və çuğundurun qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.