Dövlət Statistika Komitəsi 2021-ci ilin oktyabr ayında əvvəlki aya nisbətən ən çox bahalaşan ərzaq mallarını açıqlayıb.
Eləcə də bax: "Bəzi məhsulların bahalaşması daha da sürətlənib"
FED.az xəbər verir ki, ötən ay
ən çox bahalaşma:
- qarabaşaq yarmasının,
- peçenyenin,
- makaron məmulatlarının,
- unun,
- düyünün,
- kolbasa məmulatlarının,
- toyuq, mal və qoyun ətinin,
- təzə balığın,
- kəsmiyin,
- xamanın,
- qatılaşdırılmış şəkərli südün,
- pendirin,
- yumurtanın,
- kərə və günəbaxan yağlarının,
- süfrə marqarininin,
- üzümün,
- bananın,
- armudun,
- pomidorun, xiyarın,
- badımcanın, bibərin, kələmin,
- kartofun,
- soğanın, sarımsağın,
- mərcinin,
- yerkökünün,
- şəkər və şəkər tozunun,
- konfetlərin,
- təbii balın,
- çay, qəhvə və kakao tozunun,
- kola içkisinin,
- arağın qiymətində baş verib.
Ucuzlaşma isə əsasən
- naringinin,
- limonun,
- kivinin,
- narın, heyvanın,
- xurmanın,
- almanın,
- balqabağın,
- çuğundurun qiymətlərində müşahidə olunmuşdur.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.