2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 72,2 milyon manat dəyərində elektrik avadanlıqları istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 0,2 milyon manat və ya 0,3% azalıb.
2022-ci ilin yanvar-may aylarında bu göstərici 72,4 milyon manat təşkil edib.