Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 25,8 % azalaraq 6 227,2 milyon manat olub.
Eləcə də bax: Koronavirus restoranlara nə qədər ziyan vurub? - MƏBLƏĞ AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkənin rayon və şəhərləri arasında vətəndaşların səfərlərinə qoyulan məhdudiyyətlərin təsirinin nəticəsində bu ilin mart-noyabr aylarında sərnişin daşınmasında müşahidə olunan ciddi azalmalar, həmçinin bir sıra xidmət sahələrinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlərlə əlaqədardır.
Hüquqi şəxslər tərəfindən əhaliyə 4 685,1 mln manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,2 %-ni təşkil edib.
Bu ilin yanvar-noyabr aylarında hər bir ölkə sakini orta hesabla 624,1 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 215,1 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib. (Report)