Azərbaycanda əhalinin gəlirləri 15%-dən çox artıb.
Azərbaycanda əhalinin gəlirləri qiymətlərdən daha sürətli artıb - Dövlət Statistika Komirtəsi
FED.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, 2023-cü ilin yanvar-mart aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz artaraq 18479,9 milyon manat və ya hər nəfərə orta hesabla 1823,7 manat olub.
Əhalinin sərəncamında qalan gəlirləri 16345,3 milyon manat təşkil edib.