Azərbaycanda inflyasiya əhalinin artan gəlirlərinin böyük hissəsini silib
Azərbaycanda inflyasiya - AÇIQLANDI
2023-cü ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,3 faiz, qeyri-ərzaq malları üzrə 12,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 10,6 faiz artıb.
FED.az xəbər verir ki. bu, Dövlət Statistika Komitəsinin aylıq hesabatında deyilir.
Qeyd edilib ki. 2023-cü ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,5 faiz, əvvəlki ilin fevral ayına nisbətən 14,1 faiz yüksəlib.
2023-cü ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 15,2 faiz artaraq 10,7 milyard manat olmuşdur.
2023-cü ilin yanvar ayında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin yanvar ayına nisbətən 11,8 faiz artaraq 856,2 manata çatmışdır.