2024-cü ilin yanvar-mart ayında pərakəndə ticarət şəbəkəsində 2 milyard 30 milyon manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabı satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-mart aylarına nisbətən 4,7% çoxdur.
Bu ilin ilk üç ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 15,1% faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.