2024-cü ilin yanvar-mart ayında pərakəndə ticarət şəbəkəsində 6 milyard 886,9 milyon manatlıq ərzaq məhsulları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-mart aylarına nisbətən 2,2% çoxdur.
Bu ilin ilk üç ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,1% faizi ərzaq məhsullarının alınmasına sərf olunub.