2025-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində 7 milyard 439,6 milyon manatlıq ərzaq məhsulları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-mart ayına nisbətən 1,8% çoxdur.
Bu ilin ilk ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51% faizi ərzaq mallarının alınmasına sərf olunub.
Təkcə mart ayı ərzində əhali 4 milyard 622,5 milyon manatlıq ərzaq alıb.