2025-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində 853,6 milyon manatlıq avtomobil benzini və dizel yanacağı məhsulları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-mart ayına nisbətən 6,9% çoxdur.
Bu ilin3 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5,9% faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Təkcə mart ayı ərzində əhali 330,5 milyon manatlıq avtomobil benzini və dizel yanacağı alıb.