2024-cü ilin yanvar-fevral ayında pərakəndə ticarət şəbəkəsində 1 milyard 304,5 milyon manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-fevral aylarına nisbətən 5,5% çoxdur.
Bu ilin ilk iki ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 15,3 % faizi geyimlərin alınmasına sərf olunub.