2024-cü ilin yanvar-fevral ayında pərakəndə ticarət şəbəkəsində 4 milyard 286 milyon manatlıq ərzaq məhsulları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-fevral aylarına nisbətən 2,5% çoxdur.
Bu ilin ilk iki ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,1% faizi toərzaq məhsullarının alınmasına sərf olunub.