2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində 13 milyard 776,8 milyon manatlıq ərzaq məhsulları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-iyun aylarına nisbətən 2% çoxdur.
Bu ilin ilk 6 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6% faizi ərzaq məhsullarının alınmasına sərf olunub.
Təkcə iyun ayında ərzağa xərclənən vəsaitin məbləği isə 2 milyard 737 milyon manat təşkil edib.