2025-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində 17 milyard 725,8 milyon manatlıq ərzaq məhsulları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-iyul ayına nisbətən 1,5% çoxdur.
Bu ilin 7 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 50,5% faizi ərzaq məhsullarının alınmasına sərf olunub. Bu, ərzaq xərclərinin ümumi pərakəndə ticarətin yarısından çoxunu təşkil etdiyini göstərir.
Təkcə iyul ayı ərzində əhali 2 milyard 759,7 milyon manatlıq ərzaq məhsulları alıb.