2025-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində 2 milyard 101,6 milyon manatlıq avtomobil benzini və dizel yanacağı məhsulları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-iyul ayına nisbətən 6,8% çoxdur.
Bu ilin 7 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 6% faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Təkcə iyul ayı ərzində əhali 267,8 milyon manatlıq avtomobil benzini və dizel yanacağı alıb.