2025-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində 2 milyard 453,2 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-avqust ayına nisbətən 7,9% çoxdur.
Bu ilin 8 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 6,1% faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Təkcə avqust ayı ərzində əhali 352 milyon manatlıq avtomobil benzini və dizel yanacağı alıb.