2023-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində əhali içkilərə və siqaretə 2 milyard 173,4 milyon manat pul xərcləyib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2022-ci ilin yanvar-noyabr aylarına nisbətən 0,6% çoxdur.
Bu ilin 11 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 4,2% faizi yuxarıda qeyd olunan malların alınmasına sərf olunub.