Azərbaycanda duru yağların qiymətlərində hər ayda artım artıq rutinə çevrilib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xaricdə istehsal edilmiş məhsullarda müşahidə edilməkdədir.
Qarğıdalı yağı. Yerli istehsal qarğıdalı yağının 1 litrliyinin qiyməti 5.37 manata qədər bahalaşıb. Bu da son ayda 3 qəpik, yaxud 0.51% bahalaşması deməkdir. Xaricdən gətirilən qarğıdalı yağının hər litri isə yerli bazarda orta ölçüdə 5.77 manata satılır. Bu da iyul ayında 0.77% bahalaşma deməkdir.
Günəbaxan yağı. Günəbaxan yağında bahalaşma daha qabarıqdır. Məsələn, 2021-ci ilin iyulun əvvəli 3.98 manat/litrə satılan yerli istehsal olan günəbaxan yağı, avqustun əvvəlinə 4.08 manat/litrə qalxıb. Bu da 2.64% aylıq artım dinamikasıdır. Xarici istehsal olan günəbaxan yağı yerli bazarda 4.35 manata qalxıb. Aylıq 1.48% artım deməkdir.
Zeytun yağı. Ölkədə yerli istehsal olan zeytun yağının qiyməti son ayda 0.4% bahalaşmaqla 11.44 manat/litr olmuşdur. Xaricdən gətirlənlərin qiyməti isə Cüzi artımla 15.28 manat/litr olub.