2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1734,2 min ton dizel yanacağı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dizel yanacağı istehsalı 289 min ton və ya 20% artıb.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 1 445,2 min ton təşkil edib.
2023-cü ilin 1 oktyabr tarixinə hazır məhsul ehtiyatı 95,8 min ton təşkil edib.
Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqayisədə 19,5 min ton yaxud 25,6% çoxdur.
2022-ci ilin 1 oktyabr tarixinə hazır məhsul ehtiyatı 76,3 min ton olub.