2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 440,1 min ton ağ neft istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ağ neft istehsalı 30,6 min ton və ya 7,5% artıb.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 409,5 min ton təşkil edib.
2023-cü ilin 1 oktyabr tarixinə hazır məhsul ehtiyatı 42,3 min ton təşkil edib.
Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqayisədə 25,6 min ton yaxud 2,5 dəfə çoxdur.
2022-ci ilin 1 oktyabr tarixinə hazır məhsul ehtiyatı 16,7 min ton olub.