Azərbaycanda divar kağızlarının qiyməti son bir ildə 14% bahalaşıb.
FED.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, 1 rulon divar kağızının qiyməti keçən ilin noyabr ayı ilə müqayisədə 2.67 manat və ya 14,6% bahalaşıb. Nəticədə, qiymətlər 18.29 manatdan 20.96 manatadək qalxıb. Son bir ayda isə 0.06 manat və ya 0,3 % artım olub. Belə ki, oktyabr ayında 1 rulon divar kağızının qiyməti 20.90 manat təşkil edib.